Kamal Abdullaya yeni vəzifə verildi

Kamal Abdullaya yeni vəzifə verildi
  28 Fevral 2014    Oxunub:1069
Yazıçı Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

AzVision.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə K.Abdulla Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Qeyd edək ki, K.Abdulla 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. 1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib. Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində ( Rusiya, Türkiyə, Polşa, Fransa, Almaniya, ABŞ...) “Ümumi dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparıb. Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda mütəmadi çap olunur. 2000-ci ilin iyun ayından Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti