Paytaxtda qəza: ölən və yaralanan var

Paytaxtda qəza: ölən və yaralanan var
  03 Mart 2014    Oxunub:889
Bakıda avtomobilin gecə vaxtı hasara çırpılması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 3-ü saat 03:40 radələrində Nardaran qəsəbəsi ərazisində Bilgəh qəsəbə sakini, 1993-cü il təvəllüdlü Ramin Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yol kənarındakı hasara vurub. Nəticədə R.Əliyev özü hadisə yerində ölüb, sərnişini 1985-ci il təvəllüdlü Elvin Cəfərov isə xəsarətlə xəstəxanaya daxil olub.

Faktla əlaqədar araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti