Metropolitenin yeni rəisi işə başladı

Metropolitenin yeni rəisi işə  başladı
  03 Mart 2014    Oxunub:1670
Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov bu gündən iş fəaliyyətinə başlayıb.

Bu barədə AzVision.az-a Bakı Metropolitenindən məlumat verilib. Məlumata görə, Z. Hüseynov artıq Metropoliten işçiləri ilə görüşüb, tanış olub: "Zaur müəllim bu gün işə gəlib, kabinetində, öz işindədir, onunla tanış olmuşuq”.

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və yeni quruma “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində I müavin işləmiş Z. Hüseynov təyin olunub.

Bu təyinata qədər Bakı Metropolitenin rəisi Tağı Əhmədov olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti