270-dən çox əlilə protez verilib

270-dən çox əlilə protez verilib
  03 Mart 2014    Oxunub:1025
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölgələrdə 270 nəfərdən çox əlili protez-ortopedik məmulatla təmin edib.

Bu barədə AzVision.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, ötən ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış səyyar tibbi-texniki briqadalar indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına olan ehtiyaclarını aradan qaldırıblar. Ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib. Qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına, onların ehtiyac duyduqları məmulatlarla yerindəcə təmin olunmasına xidmət edən tədbir ölkənin bütün bölgələrində həyata keçiriləcək.

Yaxın günlərdə isə səyyar briqadalar respublikanın Balakən, Zaqatala, Qax, Şəki və digər rayonlarda fəaliyyətlərini davam etdirəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti