Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  03 Mart 2014    Oxunub:809
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında martın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam bəzi yerlərdə duman, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda martın 4-də hava şəraitinin əsasən qərb rayonlarında, axşama doğru isə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:





Xəbər lenti