Ukrayna hadisələrinin Azərbaycana nə xeyri?

Ukrayna hadisələrinin Azərbaycana nə xeyri?
  03 Mart 2014    Oxunub:984
“Ukraynanın xilası, ordakı proseslərin düzgün məcrada inkişaf etməsi Azərbaycanın önündə də yeni perspeektvilər açacaq”.
“Bir şeyi söyləmək mümkündür ki, bu dəfəki Rusiya təcavüzü baş tutmayacaq. Çünki bütün dünya Rusiyaya qarşı ayağa qalxıb, başda BMT olmaqla. Artıq Rusiyaya qarşı sanksiyalar haqqında Avropa xarici işlər nazirləri müşavirə çağırıb, müzakirələr aparıb”.

Bunu Azvision.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ukrayna ilə Rusiyanın münasibətlərinin gərginləşməsini şərh edərkən deyib. O vurğulayıb ki, artıq Rusiyaya qarşı sanskisiyalar tətbiq olunması barədə təkliflər səslənir:

“BMT Rusiyanın Ukrayna ərazisi olan Krımdan qoşunlarını geri çəkməsi haqda qərar qəbul edib. ABŞ təhlükəsizlik şurasına daxil olan digər dövlətlər də həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzü dayandırmağını tələb edirlər. Yəni Rusiya çox çətin duruma düşüb. Ölkəyə qarşı sanskisiyalar texnoloji, siyasidir. Böyük 8-lərin mart ayında Rusiyada keçirilməsi nəzərdə tutulan görüşü Soçidə Rusiyanın təşkilatçılığı ilə keçirilməli idi. Artıq o görüş keçirilməyəcək və yəqin ki Rusiya bundan sonra 8-lərin tərkibində olmayacaq. İqtisadi sanskiylar isə Rusiyanın neft bazarını daralda bilər. Rusiyadan neft alınmasına müəyyən embarqolar qoyulması haqqında fikirlər səslənir və artıq bu istiqamətdə təkliflər də hazırlanır”.

Politoloq qeyd edir ki, Rusiyaya texnoloji sanskiya tətbiq oluna bilər. Bu, o deməkdir ki, Rusiyaya yeni texnologiyaların gəlməsinin qarşısı alına bilər. “Bu da onsuz da texniki cəhətdən geridə qalan Rusiyanın daha da gerilməsinə səbəb ola bilər”.

Bəzi politoloqlar hesab edir ki, Rusiya Ukraynada qalib gələrsdə, bu, Azərbaycanda öz mənfi təsirini göstərəcək.

Qabil Hüsyenli bu fikirləri belə şərh etdi: “Rusiya və Ukrayna arasındakı gərginliyin Azərbaycana hər hansısa təsirinin olub-olmayacağına gəlincə isə, bu barədə danışmaq hələ tezdir. Amma Rusiyanın qalib gəlmə şansı heç bir 1% də deyil. Ukraynadakı proseslər yeni geosiyasui mənzərənin yaranmasına təkan verib. Və bu proses artıq inkişaf etməkdədir.
Rusiyanı geriyə doğru sıxacaqlar. Qərbdən də Ukraynaya böyük dəstək var və Ukrayna ordusu da yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu vəziyyətdə Rusiyanın qalib gəlmə şansı yoxdur. Ukraynanın xilası, ordakı proseslərin düzgün məcrada inkişaf etməsi Azərbaycanın önündə də yeni perspeektvilər açacaq. Azərbaycan Rusiya bəlasından qurtulacaq”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti