Dövlət rəsmiləri yenidən “Sovetski” sakinləri ilə görüşüb

Dövlət rəsmiləri yenidən “Sovetski” sakinləri ilə görüşüb
  03 Mart 2014    Oxunub:1128
Bu gün Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb.

Görüşdə baş nazirin müavini Abid Şərifov, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər rəsmilər iştirak edirlər.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, sakinlər isə 4 min manat verilməsini istəyirlər. Fevralın 18-də sakinlərlə baş nazirin müavini, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının görüşü keçirilib. Görüşdə Təşkilat Komitəsi tərəfindən hökumətə 9 təklif təqdim edilib. Sakinlərin təkliflərinə hökumət tərəfindən martın 3-də cavab veriləcəyi bildirilib. (apa)


Teqlər:  





Xəbər lenti