İlham Əliyev Çin xalqına başsağlığı verib

İlham Əliyev Çin xalqına başsağlığı verib
  03 Mart 2014    Oxunub:936
Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında deyilir: "Kunmin şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Biz bu qanlı hadisədən olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir və terrorizmə qarşı hamılıqla mübarizəni dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


Teqlər:





Xəbər lenti