Nümayəndə heyətimiz Monteneqroya gedir

Nümayəndə heyətimiz Monteneqroya gedir
  03 Mart 2014    Oxunub:904
4-6 mart tarixlərində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Monteneqroda səfərdə olacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası və Azərbaycan-Monteneqro biznes forumu keçiriləcək.

Monteneqroya səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, müəssisələrin fəaliyyəti ilə tanış olacaq.


Teqlər:





Xəbər lenti