Mili Məclis toplanır
Milli Məclisin deputatları “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxacaqlar.
Həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.
Deputatlar “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihəsini ikinci oxunuşda nəzərdən keçirəcəklər.