ATƏT cəbhədə monitoriq keçirəcək

ATƏT cəbhədə monitoriq keçirəcək
  04 Mart 2014    Oxunub:894
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.


Teqlər:





Xəbər lenti