Ermənilər atəşkəsi yenə pozdular

Ermənilər atəşkəsi  yenə pozdular
  04 Mart 2014    Oxunub:869
Ermənistan ordusunun bölmələri martın 3-də və martın 4-də gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti