İmtahanı nəticələri bu gün açıqlanacaq

İmtahanı nəticələri bu gün açıqlanacaq
  04 Mart 2014    Oxunub:908
Magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün açıqlanacaq.
Bu barədə AzVision.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Bildirilib ki, bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar komissiyanın facebook səhifəsi vasitəsilə təqdim olunacaq. Bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Qeyd edək ki, martın 2-də TQDK magistratura səviyyəsinə qəbul imtahanı keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Lənkəran şəhərləri ilə yanaşı, ilk dəfə olaraq Mingəçevir və Şəki şəhərlərində keçirilib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti