Zakir Qaralov vətəndaşlarla görüşə gedir

Zakir Qaralov vətəndaşlarla görüşə gedir
  04 Mart 2014    Oxunub:918
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il martın 14-də saat 11:00-da Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prolurorluğun mətbuat xidmətindən bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qusar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Teqlər:  





Xəbər lenti