Səlim Müslümov nazirliyin rayon şöbələrini yoxlatdırır

Səlim Müslümov nazirliyin rayon şöbələrini yoxlatdırır
  04 Mart 2014    Oxunub:835
“Bəzi saytlar Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işinin başlanılması barədə xəbəri Səlim Müslümovun kadrlarının həbs olunması kimi təqdim edib”.

AzVision.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev facebook səhifəsində bildirib.

AzVision.az-ın məlumatına görə, nazirlik rəsmisi Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən rüşvət olayı ilə bağlı mətbuatda yer alan xəbərlərə görə jurnalistlərdən şikayətlənib. O həmçinin bildirib ki, hazırda bəzi rayonlarda yoxlamalar aparılır.

“Yanılırsız, baş verən qanunsuzluqlar barədə məlumatları elə nazirlik özü hüquq-mühafizə orqanlarına təqdim edib və bir neçə rayonda da araşdıma gedir və nəticələrindən asılı olaraq qərar veriləcək. Bundan sonra da bu sahədə şəffaflığın təmini üçün mübarizə davam edəcək. Sadəcə görünür bəzi jurnalistlər mətbuatı izləməyi unudub”.

AzVision.az


Teqlər:





Xəbər lenti