“Xəstələr üçün fond yaradılmalıdır”- Deputatdan təklif
Onun sözlərinə görə, hazırda ölkədə bir çox xəstəliklərin müalicəsi mümkünsüzdür: “Heydər Əliyev Fondu bu istiqamətdə böyük işlər görüb, çox adamı xaricə müalicə üçün göndərib. Eləcə də prezident İlham Əliyev bir çox elm adamlarını xaricə müalicə almaq üçün göndərib. Amma bu tam deyil. Mən təklif edirəm ki, bu istiqamətdə fond yaradılsın. Azərbaycanlı iş adamları bu fonda vəsait yatırsın”.
Deputat parlamendə 17 yaşlı Nərmin Hüseynlinin müalicəsindən də danışıb: “Bir neçə gün öncə bir qrup gənc mənə 17 yaşlı Nərmin Hüseynlinin müalicəsi üçün müraciət etmişdilər. Ona 150 min euro lazımdır. Artıq bu pulun yarısı yığılıb. Məncə ölkədə xaricdə müalicə almağa gedənlər üçün fond yarasılsa, bu cür şəxslərə kömək olunar”-, deyə, Q.Həsənquliyev əlavə edib.
Sevinc İltifatqızı
Teqlər: