Oqtay Əsədov deputatlara: “Elə bil tormozunuz yoxdur”
Belə ki, deputat Etibar Hüseynov bildirib ki, bir çoxları Ukraynanı, Suriyanı Qarabağla səhv salıblar:
“Ukraynada, Maydanda Azərbaycanın bayrağı dalğalanır. Rusiya telekanalları da bunu dəfələrlə nümayiş etdirir. Hesab edirəm ki, hər kəs Azərbaycan bayrağını qaldıra bilməz. Bu məsələ ilə bağlı bir addım atılmalıdır, bayrağı harda gəldi qaldırmağı qadağan edən hansısa sənəd olmalıdır. Bu barədə səfirliklərə məlumat verilməlidir”.
Oqtay Əsədov isə bu çıxışa əsəbi reaksiya verdi: “Elə bil tormoz yoxdur, nəyi yazırsınızsa, gəlib burda danışırsınız. Necə edəcəksən, gedib bayrağı tutacaqsan və ya səfir gedib adam tutmalıdır ki, kimsə Azərbaycan bayrağını tutmasın? Bir az səviyyəli şey fikirləşin”.
Sevinc İltifatqızı