Deputat Füzuli Ələkbərov və Səfər Əbiyevi “vurdu”

Deputat Füzuli Ələkbərov və Səfər Əbiyevi “vurdu”
  04 Mart 2014    Oxunub:2784
Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc eks nazirləri tənqid edib.
O, sabiq nazir Füzuli Ələkbərovu cəfəngiyyatçı adlandırıb:

“Azərbaycanda hansısa məmur, icra qurumu, hansısa yerli şəxs kiminsə ünvanlı yardımını yeyirsə buna haqq verək? Nə var ki, Amerikada da bu problem var. Yox. Mən vaxtilə parlamentdə Füzuli Ələkbərovun istefasını tələb edəndə daha bu qədər konverkturaya dözmək olmaz demişdim. 6 ay sənin 6 ay mənim prinsipi ilə işləmək olmaz. İndi Səlim Müslümovun işi sübut edir ki, Füzuli Ələkbərov cəfəngiyyatla məşğul olub. O cümlədən müdafiə naziri də sübut edir ki, kabinet məmuru olmaz olmaz. Bu adam gedib saatını qolundan açıb hər hansı göstəriş naminə əsgərə vermir. O göstərir ki, ölkə başçısının ona verdiyi etimadı doğruldur”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti