Ziyafət Əsgərov Milli Məclisdə təmsil danışdı

Ziyafət Əsgərov Milli Məclisdə təmsil danışdı
  04 Mart 2014    Oxunub:1060
“Azərbaycanda insan hüquqlarının qorunması məsələsində hər hansı bir müraciət olarsa, o zaman ombudsman aparatı buna dərhal cavab verir. Eyni zamanda həmin məsələlərin ədalətli, qanunlar çərçivəsində həll olunmasına çalışılır və bir çox hallarda da buna nail olunur”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Ombudsman Elmira Süleymanovanın parlamentdə təqdim etdiyi illik məruzəyə münasibət bildirərkən deyib. Millət vəkili eyni zamanda Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı bir sıra beynəlxalq qurumların qərəzli yanaşmaları məsələsinə də toxunub.

Onun sözlərinə görə, həmin qurumlar qərəzli yanaşma növündən istifadə edərək Azərbaycana qarşı təhdidləri təmin etməkdir: “Bunun nəticəsində ölkəmizin təbii sərvətlərindən güzəştsiz şəkildə bəhrələnmək əsas müzakirə mövzusu olsun. İnsan hüquqları ilə bağlı mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirilir. Bundan istifadə edərək Azərbaycana təhdidlər, müdaxilələr edilir və məqsəd təbii sərvətlərdən güzəştəli şəkildə bəhrələnməkdir. Necə ki, İraqda, Liviyada, Əfqanıstanda bundan bəhrələnirlər. Misal üçün Taliban narkotik dövriyyəni 3 faizə endirmişdi, Amerika oranı işğal edəndən sonra isə bu dövriyyə 65 faiz oldu. Hətta narkotika platntasiyalarını ABŞ ordusu qoruyur”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları inistitunun Azərbaycanla bağlı hesabatına də münasibət bildirən millət vəkili deyib ki, ABŞ-da seçkilər zamanı bu təşkilat heç ölkə ərazisinə belə buraxmayıb: “Eləcə də Rusiyada eyni hal təkrarlandı. Bu orqan öz seçkilərinə buraxılmadığı halda nəyə görə onun verdiyi hesabata əsasən Azərbaycanı tənqid edirlər. Bu hesabatda Azərbaycan insanı barədə, eləcə də Xcocalıda hüquqları pozulan, Dağlıq Qarabağda didərgin düşərək bütün hüquqlarından mərhum olan insanlar yoxdur”.

Millət vəkili, bəzi qüvvələrin ölkənin daxil işlərinə qarışmaq istədiklərini deyib: “Sən hakimsən, prokurorsan, məhkəməsən? Sənin nə hüququn var ki, istintaq qurtarmamış adamın azadlığa buraxılmasını tələb edirsən?! Bunların iğtişaş törətmək üçün hazırladığı adamlar bir-bir ortaya çıxır”. Belə hesabatların daxildən ötürülən “donos”lara əsasən hazırlandığını deyən millət vəkililin fikrincə, ilk növbədə ölkə daxilindəki düşmənlərlə məşğul olmalıyıq: “Hansı təşkilata qrantlar verirlər, o təşkilatlar da özlərinə lazım olan informasiyanı “donos” kimi hazırlayıb onlara ötürür. Bunlar ölkənin düşmənləridir”.

Vitse-spiker Ziyafət Əsgərov isə Siyavuş Novruzovun müxalifətlə bağlı dediklərinə təmsillə cavab verib: “Siyavuş müəllim, siz danışanda yadıma Krılovun “Qurd və quzu” təmsili yadıma düşdü. Yadınıza salım ki, həmin təmsildə qudr çay başına gəlir və görür ki quzu ordadır. Qurd quzuya deyir ki, səni yemək istəyirəm, çünki çayı lilləndirirsən. Quzu isə deyir ki, axı mən səndən aşağıdayam. Buna görə də suyu necə lilləndirə bilərəm?! Qurd isə deyir ki, çox danışma, mən səni yemək istəyirəm. Nəticə olaraq isə, Siyavuş məsələ belədir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti