Qənirə Paşayeva: “Qorxmuram, MTN-ə müraciət etmişəm”

  04 Mart 2014    Oxunub : 707
Qənirə Paşayeva: “Qorxmuram, MTN-ə müraciət etmişəm”
Millət vəkili Qənirə Paşayeva parlamentin bu günkü iclasında sərt danışıb. AzVision.az-ın məlumatına görə, millət vəkili bildirib ki, bəzi güclər, onların arxasında dayanan havadarları bunlardan özlərinin çirkin məqsədləri üçün dövlətçiliyə xidmət edən insanlara çirkab kampaniyalar aparmağa nail olurlar.

“Mətbuata verilən azadlıq kimsənin əlində böhtan kimi istifadə olunmasın. Mən Türkiyədə Xocalı ilə bağlı tədbirlərdə iştirak edərkən haqqımda böhtan yazılar yazıldı. Mən bu materiallara bağlı bu gün MTN-nə müraciət göndərmişəm. Mən qorxmuram. Bütün fəaliyyətimin araşdırılımasına razıyam. Mən kiminsə xoşuna gəlmirəm deyə hansısa media orqanının mənə qarşı belə kampaniya aparılmasının qarşısının alınmasını istəyirəm. Hər tədbirində Heydər Əliyevdən, Atatürkdən sitat gətirən milləyətçi adalandırılan insanlar məni nurçuluqda ittiham edir. Belə kölgəli işlərlə məşğul olan insanların ciddi hesabat verməsi gərəkir. Nə etməliydim? Suriyada insanları döyüşməyə səsləyənlərin yanındamı olmalıydım? Yoxsa o gücləri dəstəkləməli idim ki, uşaqlarımıza yaxşı təhsil verirlər. Bu parlamentdə onların haqqında danışan kimi başlayırlar üzərimizə düşməyə. Biz söz mətbuat azadlığı adı altında bunu özlərinin çirkin məqsədləri üçün istifadə edənlərə qarşı mübarizəni gücləndirməliyik. Bu gün mənim başıma gəlib, sabah başqa millət vəkillərinin başına gələ bilər”.

Spiker Oqtay Əsədov bildirib: “Mən bayaq qeyd etdim ki, bəzi məsələlər varsa, bunu parlament səviyyəsinə çıxartmaq olmaz. Mən həmişə bunun əleyhinə olmuşam”.

Sevinc İltifatqızı

Teqlər: