İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı
  04 Mart 2014    Oxunub:1240
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb.
AzVision.az xəbər verir ki, bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar facebook səhifəsi vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 24560 bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan, 2686 nəfəri rus bölməsi üzrə imtahan verib.



Teqlər:  



Xəbər lenti