Almaniya səfiri `ASAN`ı yüksək qiymətləndirdi

Almaniya səfiri `ASAN`ı yüksək qiymətləndirdi
  05 Mart 2014    Oxunub:1110
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Azərbaycanın Almaniya ilə dostluq və səmərəli əməkdaşlığını vurğulayan nazir iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanan Birgə Bəyanatın hüquqi əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, onların Avropada ən şəffaf seçimi və tədrisi barədə məlumat verib, həyata keçirilən tədbirlərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) fəal iştirakını qeyd edib.

Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə inkişafından məmnunluğunu bildirən səfir alman təşkilatları ilə Ədliyyə Nazirliyi arasında uğurlu əməkdaşlığı təqdir edib. Qonaq Azərbaycanın məhkəmə-hüquq sistemindəki nailiyyətlərdən, xüsusilə hakimlərin çoxmərhələli şəffaf seçimindən heyranlığını ifadə edib, respublikamızda penitensiar sistemin müasirləşdirilməsi barədə məlumatlı olduğunu söyləyib.

Xanım H.Tempel həmçinin Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin vətəndaşlara şəffaf xidmətlərin göstərilməsi baxımından uğurlu fəaliyyətini yüksək qiymətləndirib.



Teqlər:  





Xəbər lenti