Nazirlər vətəndaşlarla görüşə gedir

Nazirlər vətəndaşlarla görüşə gedir
  05 Mart 2014    Oxunub:1113
Heydər Əsədov və Səlim Müslümov vətəndaşla görüşəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Kənd təsərrüfatı naziri Heydər Əsədov vətəndaşları qəbul edəcək.

AzVision.az xəbər verir ki, martın 12-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 215-10-30 (Şirvan şəhər ƏSMM), (021) 204-41-36 (Hacıqabul rayon ƏSMM), (021) 235-92-80 (Sabirabad rayon ƏSMM) və (021) 285-25-71 (Saatlı rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Hacıqabul, Sabirabad, Saatlı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə mart ayının 14-də saat 11:00-da Cəlilabad Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək. Görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti