Qərargah söküldü, AXCP evlərə yığışır

Qərargah söküldü, AXCP evlərə yığışır
  05 Mart 2014    Oxunub:1016
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iclasları bundan sonra partiya rəsmilərinin evlərində keçiriləcək.
Bu barədə AzVision.az-a partiyanın sədr müavini Həsən Kərimov bildirib. O qeyd edib ki, dünən partiyanın ofisi söküldüyündən hazırda AXCP-nin məskunlaşmağa qərargahı yoxdur: “Hələlik köçməyə yerimiz yoxdur. Mən inanmıram ki, kimsə bizə ofis versin. Bu istiqamətdə axtarışdayıq. Bu günlərdə Rəyasət Heytəinin toplantısından sonra konkret qərar veriləcək. Yəqin ki, əvvəlki kimi iclaslarımızı evlərdə keçirməklə işimizə davam edəcəyik. Rəyasət Heyətinin bu yaxınlarda gözlənilən topantısına gəlincə isə bu, mənim evimdə keçiriləcək”.

Qeyd edək ki, bir neçə gün öncə AXCP-nin qərargahının zirzəmisində baş verən partlayışdan sonra bina qəzalı vəziyyətə düşüb və dünən sökülüb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti