Milli Şura toplanmağa yer tapmır?

Milli Şura toplanmağa yer tapmır?
  05 Mart 2014    Oxunub:862
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahı söküldüyündən Milli Şuranın sessiyalarını keçirmək üçün başqa müvafiq yer tapacağıq. İclaslar vaxtı-vaxtında keçiriləcək”.
Bunu AzVision.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli qurumun sessiyalarının keçiriləcəyi məkandan danışarkən deyib. O bildirib ki, yaxın günlərdə növbəti sessiya keçiriləcək:

“Martın 3-cü həftəsi Milli Şuranın növbəti sessiyası baş tutacaq”.

C.Həsənli qurumun fəxri sədri Rüstəm İbrahimbəyovla əlaqə saxlayıb-salamadığı barədə sualı isə belə cavablandırıb: “Rüstəm bəylə əlaqə saxlayıram, amma onla danışdıqlarımız bizim özümüzə məxsusdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti