Vəzifəli şəxslərə cinayət işi açıldı

Vəzifəli şəxslərə cinayət işi açıldı
  05 Mart 2014    Oxunub:1674
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərilməsi
faktı ilə əlaqədar cinayət işi başlanılıb
Bakı şəhər sakininin qanunazidd hərəkətlərinə dair Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddəsi ilə məhkum olunmuş Kamran İsayevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə Türkiyə Respublikasının vətəndaşından onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə almaq adı ilə 1.200 manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.



Teqlər:  





Xəbər lenti