Şəmsəddin Hacıyev işdən çıxarıldı - Yeni rektor təyin edildi

Şəmsəddin Hacıyev işdən çıxarıldı - Yeni rektor təyin edildi
  05 Mart 2014    Oxunub:2016
Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub.

Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hümmət oğlu Hacıyevin vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının rəsmi səhifəsində dərc olunan məlumatda bildirilir ki, prezidentin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara aldığı sərəncama əsasən, Şəmsəddin Hümmət oğlu Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti