Britaniya səfiri: `Qarabağda referendum olmalıdır`
Şotlandiyanın Böyük Britaniyadan ayrılması barədə diskussiyalara və Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat bildirib ki, yaxın 6 ay ərzində Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı debatlar keçiriləcək: “Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməli, bu torpaqlar Azərbaycana qaytarılmalıdır. Britaniyada baş verənlər də maraqlıdır. Şotlandiyada bəzi insanlar Britaniyanın tərkibində qalmaq istəmirlər. Müharibə etməkdənsə, biz referendumu keçirəcəyik. Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsində çıxış yolu da referendum olmalıdır. Bu, statusun müəyyən edilməsi üçün məntiqli kompromisdir. Ortada birbaşa münaqişə var, bəziləri Azərbaycanda qalmaq istəyir, bəziləri isə yox. Bizdə də elədir. Bəziləri Britaniyada olmaq istəyir, bəziləri yox. Baxaq görək nə olacaq”.
`Bizim Yol`
Teqlər: