İdris İsayevin yeri hələ də boşdur

İdris İsayevin yeri hələ də boşdur
  06 Mart 2014    Oxunub:1044
Prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilən İdris İsayevin Dövlət Əmək Müfəttişliyi Xidmətindəki vəzifəsini onun keçmiş müavini Fuad Əlizadə icra edir.
AzVision.az-ın məlumatına görə, hələ də Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni sədr təyin edilməyib.

Əldə etdiyimiz məlumata görə, Fuad Əlizadənin Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis gətiriləcəyi ehtimal edilir. Hələlik əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun isə yeni təyinata tələsmədiyi bildirilir.

Məlumat üçün bildirək ki, Fuad Əlizadə 2013-cü ilin 14 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti