Səlim Müslümovdan əlillərlə bağlı tapşırıq

Səlim Müslümovdan əlillərlə bağlı tapşırıq
  06 Mart 2014    Oxunub:852
Əlilliyi olan şəxslərin ölkənin səfalı guşələrində istirahəti təşkil olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, yaz-yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin respublikanın səfalı guşələrində yerləşən istirahət və sağlamlıq mərkəzlərində mənalı istirahəti təşkil olunacaq.

Bu tədbir nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş «2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»nda əksini tapıb. İstirahət mərkəzlərində əlillər üçün xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, diskoteka və viktorinaların təşkili, müxtəlif idman yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), göldə üzgüçülük və ətraf rayonlara gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq kimi tədbirlər həyata keçiriləcək.
Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşeron rayonundan istirahətə göndərilən əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti