Nəqliyyat Nazirliyi sürücülərdən şikayətçidir
N.Həsənovun sözlərinə görə, avtobuslarda ödəniş tamamilə kart sisteminə keçənədək sərnişinlər gediş haqqını paralel olaraq nağd da ödəyə biləcəklər. Ümumiyyətlə bu sistemə tam keçidin 2015-ci ilin yayınadək, birinci Avropa Oyunlarına qədər başa çatdırılması planlaşdırılır.
N.Həsənov onu da əlavə edib ki, sürücülər bu sistemə biganə yanaşırlar. Bu barədə Nəqliyyat Nazirliyinin “qaynar xətt”inə məlumatlar daxil olur. Nazirlik rəsmisi bu cür halların yolverilməz olduğunu bildirərək qeyd edib ki, bununla bağlı sahibkarların üzərinə ciddi məsuliyyət düşdüyünü deyib:
“Sürücünü işə nazirlik deyil, sahibkar götürür. Sahibkarlar da, sürücülər də bilməlidirlər ki, kart sisteminə keçid mütləq prosesdir.”
Sevinc İltifatqızı