Nazirlik müsabiqə elan etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası" na uyğun olaraq keçirilən müsabiqədə müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olan təşkilatlar (bələdiyyələr, hüquqi şəxslər və qeyri-hökumət təşkilatları) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən təşkilatların ixtisas göstəricilərinə dair tələblər, müsabiqə üzrə sənədlərin hazırlanması və təqdim olunması qaydaları və s. haqqında ətraflı məlumat əsas şərtlər toplusunda öz əksini tapıb.
Əsas şərtlər toplusunu və texniki tapşırığı əldə etmək üçün Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatına 27 mart 2014-cü il saat 1700 -dək yazılı müraciət edilməlidir.
Teqlər: