Deputat Yevda Abramova yeni vəzifə verildi
O bildirib ki, iclasın gündəliyinə Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının 2014-cü il üçün iş planı və komissiyanın sədr müavininin seçilməsi daxildir. Daha sonra M.Zabelin iş planı haqqında məlumat verərək bildirib ki, komissiyanın il ərzində bir sıra tədbirləri nəzərdə tutulur.
Belə ki, komissiya il ərzində «Tolerantlıq və millətlərarası həmrəylik müstəqil Azərbaycan dövlətinin əsas uğurudur» mövzusunda dəyirmi masa və «Azərbaycan dövlətində milli siyasət, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq» mövzusunda beynəlxalq konfrans keçirəcək. Bundan əlavə, komissiya «Müasir dövrdə Azərbaycanda etnik mədəniyyət», «Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti Azərbaycan xalqının sərvətidir», «Qloballaşma dövründə mədəniyyətlərarası münasibətlərə kultoroloji baxış» və s. mövzularda tədbirlər keçirməyi nəzərdə tutur. Eyni zamanda, başqa dövlət və xalqlarla mədəni əlaqələrin genişləndirilməsi istiqamətində komissiya müəyyən təşəbbüslərlə çıxış edəcək. Komissiya üzvləri çıxış edərək iş planına dair fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda bir sıra təkliflər nəzərə alınmaqla YAP-ın Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının 2014-cü il üçün iş planı təsdiq edilib.
Daha sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Yevda Abramov komissiyanın sədr müavini seçilib.
Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Mixail Zabelinin rəhbərlik etdiyi komissiyaya YAP Siyasi Şurasının üzvləri- Yevda Abramov, Firdovsi Əliyev, Azad Babayev, Yaqub Əliyev və Davud İbrahimxəlilov daxildir.
Anar RÜSTƏMOV
Teqlər: