Elmar Məmmədyarov baş katiblə görüşüb

Elmar Məmmədyarov baş katiblə görüşüb
  06 Mart 2014    Oxunub:846
Bu gün nazir Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyəd Mədənini qəbul edib
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, ölkəmizin İƏT ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır.

Baş katib İyəd Mədəni fəal üzv kimi Azərbaycan Respublikasının İƏT-in fəaliyyətinin dəstəklənməsində oynadığı vacib rolunun və təşkilatın inkişafına verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İƏT-ə təşəkkürünü ifadə edib.

Görüş əsnasında davamlı inkişafa xidmət edən layihələrin icrası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti