Nazir ATƏT-in xüsusi nümayəndəsi ilə görüşüb

Nazir ATƏT-in xüsusi nümayəndəsi ilə görüşüb
  07 Mart 2014    Oxunub:914
Görüşdə Azərbaycan ilə ATƏT arasında münasibətlərin hazırkı səviyyəsi və regionda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadingeri qəbul edib.

XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə ATƏT arasında münasibətlərin hazırkı səviyyəsi və regionda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov A.Qnadingerə Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda ətraflı məlumat verib.


Teqlər:





Xəbər lenti