Fransa ilə müdafiə əməkdaşlığı təsdiq edildi

Fransa ilə müdafiə əməkdaşlığı təsdiq edildi
  07 Mart 2014    Oxunub:1027
Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında müdafiə sahəsində əməkdaşlığn təsdiq edilməsi haqda fərman imzalayıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanan “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Texniki Anlaşmanın müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Texniki Anlaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətini xəbərdar etsin.


Teqlər:  





Xəbər lenti