8 Martla bağlı 8 şikayət - nazirlikdən AÇIQLAMA

8 Martla bağlı 8 şikayət - nazirlikdən AÇIQLAMA
  07 Mart 2014    Oxunub:1180
8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı Təhsil Nazirliyinə 8 şikayət daxil olub.

Bu barədə Nazirlik AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd ediblər ki, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı bu günədək 8 zəng daxil olub. Bunlardan 6-sı anonim zəng olub və həmin şikayətlər dinlənilib, lakin qeydiyyata alınmayıb.

Vətəndaşlar tərəfindən anonim müraciətlər daxil olduğu təqdirdə bildirilir ki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır.

Digər 2 zəng isə adlı müraciət olub. Bunlar qeydiyyata alınaraq araşdırılması üçün müvafiq şöbələrə göndərilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti