Prezidentlər yaxın vaxtlarda görüşməyəcək

Prezidentlər yaxın vaxtlarda görüşməyəcək
  07 Mart 2014    Oxunub:1167
“Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün hazırlanması üçün təbii ki, nazirlərin görüşü lazımdır. Hazırda prezidentlərin görüşünün keçirilməsi ilə bağlı hansısa vaxtdan, razılıqdan danışmaq tezdir. Hələ ki, belə görüş nəzərdə tutulmur”.

Bunu AzVİsion.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Onun sözlərinə görə, nazirlər səviyyəsində görüşlər bundan sonra davam edəcək:

“Xarici işlər nazirlərinin görüşməsinə dair prezidentlərin Vyanadakı görüşündə tapşrılıq verildi ki, nazirlər səviyyəsində görüşlər davam etdirilsin. Vyana görüşündən sonra artıq nazirlər səviyyəsində görüş olub”.

Nazirlik rəsmisi qeyd edib ki, prezidentlər səviyyəsində görüş xatirinə görüş olmur: “Bu görüş üçün nazirlər görüşüb hazırlıq işlərini görməlidir”.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti