Əflatun Amaşov nurçuluqdan danışdı

Əflatun Amaşov nurçuluqdan danışdı
  07 Mart 2014    Oxunub:1137
"Bu gün Azərbaycanda böyük tolerantlıq mühiti mövcuddur və bunda mətbuatın da böyük rolu var".
AzVision.az xəbər verir ki, bu sözləri bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkil etdiyi "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı MŞ sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, Azərbaycan mediası dövlətin dini azadlıq və tolerantlıq siyasətini hər zaman dəstəkləyib.
"Son dövrlər mətbuatda nurçuluqla bağlı materiallara geniş yer verilir. Bunun üçün qeyd edim ki, Azərbaycanda heç bir dini təriqətə qarşı təzyiq və zorakılıq halları yoxdur. Lakin çalışmalıyıq ki, bizim milli və dini maraqlarımıza qarşı təhlükəli siyasət yeridən dini qrupların fəaliyyəti nəzarətdə saxlanılsın".




Teqlər:





Xəbər lenti