Abdulla Gül Ərdoğana qarşı çıxdı

Abdulla Gül Ərdoğana qarşı çıxdı
  07 Mart 2014    Oxunub:965
Türkiyə prezidenti Abdulla Gül baş nazir Rəcəb Tayyib Ərdoğanın “Facebook” və “YouTube” sosial şəbəkələrinin bağlana biləcəyi ilə bağlı açıqlamasına cavab verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Gülün fikrincə, bu, hətta müzakirə mövzusu da ola bilməz: “Əvvəlcə qeyd etmək istəyirəm ki, Türkiyə hüquqi dövlətdir. Azadlığın daha da güclənməyini istəyirik. Geriyə doğru getməkdən söhbət gedə bilməz. Heç kim də istəməz ki, geriləyək. “İnternet haqqında” qanunla bağlı narazılıqlar var idi, nöqsanlar aradan qaldırıldı. Facebook və YouTube bütün dünyada istifadə olunan saytlardır, onların bağlanmasından söhbət belə gedə bilməz”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti