Deputatlar AŞPA-da iştrak edəcək

Deputatlar AŞPA-da iştrak edəcək
  08 Mart 2014    Oxunub:1006
Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin yığıncağında iştirak etmək üçün martın 9-da Fransanın paytaxtı Parisə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, tədbirdə təhsil sahəsində idarəçilik və keyfiyyətin artırılması, internetin səmərəli idarə olunması, kiberməkanda təhlükəsizliyin təminatı, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, televiziyada zorakılığın nümayişi və bunun uşaqlara mənfi təsiri barədə məsələlər müzakirə ediləcəkdir.
Səfər martın 13-də başa çatacaq.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev isə qurumun siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün martın 10-da İsveçin Stokholm şəhərinə səfər edəcəklər.

İclasda Avropada neomillətçilik və ksenofobiyanın təzahürləri ilə mübarizə, Federal Avropa uğrunda çağırışlar, Qırğızıstana AŞPA-nın demokratiya üzrə tərəfdaşı statusunun verilməsi və digər məsələlərə baxılacaq.

Səfər martın 13-də başa çatacaq.


Teqlər:





Xəbər lenti