Prezident Daxili Qoşunların qulluqçularını təltif etdi - SİYAHI

Prezident Daxili Qoşunların qulluqçularını təltif etdi - SİYAHI
  08 Mart 2014    Oxunub:1598
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilsinlər:

“Vətən uğrunda" medalı ilə

Alıyev Fuad Məhəmmədəli oğlu- polkovnik
Nəbiyev Rəşadət Kazım oğlu – polkovnik.

“İgidliyə görə” medalı ilə

Rzayev Faiq Hüseynağa oğlu – əsgər (ölümündən sonra).

“Hərbi xidmətlərə görə” medalı ilə

Səmədov Fəxrəddin Cavanşir oğlu – general-mayor
Cəfərov Akif Meyləqulu oğlu – polkovnik
Əliyev Zəfər Baloğlan oğlu – polkovnik
İbrahimov Elmir Zülfüqar oğlu – polkovnik
Aydınov Vüqar Əlirza oğlu – polkovnik-leytenant
Fərmanov Tamerlan Baloğlan oğlu – polkovnik-leytenant
Hacıyev Əlican Məlikağa oğlu – tibb xidməti polkovnik-leytenantı
Qasımov Əli Qasım oğlu – polkovnik-leytenant
Rzayev Zabil Xanış oğlu – polkovnik-leytenant
Umudov İlham Umud oğlu – polkovnik-leytenant
Yüzbaşıyev Vaqif Camal oğlu – polkovnik-leytenant
Əsədov İlkin Sabir oğlu – mayor
Fərəczadə Ağaismayıl Fərəc oğlu – mayor
Həmidov İlqar Abdulbaqi oğlu – mayor
İsayev Nəriman Hüseynqulu oğlu – mayor
Meybiyev Gülağa Ənvər oğlu – mayor
Məmişov Mübariz Qəzənfər oğlu – mayor
Məmmədov Elçin Əziz oğlu – mayor
Bayramov Vüsal Bəhram oğlu – kapitan
İsmayılov Rövşən Vilayət oğlu – baş gizir
Quliyev Emin Ədalət oğlu – baş gizir
Yeryomiçev Aleksey İoannoviç – baş çavuş.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 mart 2014-cü il.

President.az


Teqlər:  





Xəbər lenti