Gədəbəyin ən uzun boylu sakini - VİDEO

Gədəbəyin ən uzun boylu sakini - VİDEO
  09 Mart 2014    Oxunub:1382
AzVision.az Türkel TV-nin Gədəbyin ən uzun sakini Siman haqqında hazırladığı reportajı təqdim edir
Bu oğlan Gədəbəyin ən uzun boylu sakinidir. Hamıya yuxarıdan aşağı baxsa da amma səmimi oğlandır.

Adı Simandır, özünün də 24 yaşı var. Gədəbəyin Kiçik Qara Murad kəndində yaşayır. Siman deyir ki, gününü əsasən rayonun mərkəzində keçirir, taksiçilik edir. Yaşadığı kənddə heç kim ona qəribə baxmır. Amma rayonun mərkəzində, Simanı yeni görənlər təəcüblərini gizlədə bilmirlər.

"Görməyən insanlara biraz lağ kimi gəlir. Gülürlər, eliyirlər, belə maraqlanırlar, gəlirlər qırağımda dururlar ki, görüm bu insanın boyu niyə hündürdü ay Allah!? Yən belə şeylər çox olur."

Simanın boyu 2 metr 10 sm-dir. Uzunboylu olmaq onu məhşur etsə də, bunun çətrinlikləri də var. Siman deyir ki, evdə, küçədə-bir sözlə olduğum hər yerdə bəzən ürəyimcə olmayan işləri görməli oluram. Məsələn evdə pərdə asmaq lazımdırsa mütləq məni gözləyirlər. Siman maqazinə girərərkən də əziyyət çəkir.

Qapının hündürlüyünün Simanın boyuna görə olmadığından onu əyilməyə məcbur edir. Amma deyir ki, bu vaxta qədər heç kimin qabağında əyilməyib. Allahın verdiyi boyu-buxunu və əlinin zəhməti ilə ailəsini dolandırır.



Nicat Abdullayev-Turkel TV


Teqlər:  





Xəbər lenti