Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək
  09 Mart 2014    Oxunub:922
Elmar Məmmədyarov martın 10-da Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E.Məmmədyarov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların gedişini müzakirə edəcək.

Xatırladaq ki, Minsk qrupunun həmsədrləri martın 3-də Parisdə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıblar.


Teqlər:





Xəbər lenti