Türkiyəli general Azərbaycanda səfərdədir

Türkiyəli general Azərbaycanda səfərdədir
  10 Mart 2014    Oxunub:912
Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AzVision.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəsmi səfəri martın 12-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti