Erməni deputat çürümüş əsgərin fotosunu paylaşdı
Zohrabyan erməni xalqını qınayaraq deyib:
"Abovyan meyitxanasında bir-birinin üstünə yığılmış erməni əsgərlərinin cəsədlərini gördükdən sonra, dünən Saryan küçəsi boş olmalı idi. Mən ravvin deyiləm və vətənpərvərlikdən kədərlənmək mənim rolum deyil, amma dünən baş verənlər küfr idi... Qəddar insan da deyiləm. Ancaq dünən öz şərabını satanlar görsünlər deyə öldürülən 19 yaşlı bir əsgərin cəsədinin və ya cəsəd qalıqlarının fotosunu paylaşdım. 19 yaşındakı yaraşıqlı bir gəncdən anasına nəyi qaytardıqlarını görə bilərsiniz. Bu Armen hər birimizin oğlu ola bilər. O bizim kollektiv ayıbımızdır".
Xatırladaq ki, dünən İrəvanda ənənəvi şərab festivalı keçirilib. İnsanların bayram ab-havasında olduğu festivaldan çəkilən fotolar bəzi siyasətçilərin və ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub.
Tural Tağıyev
Azvision.az
Teqlər: Cəsəd Morq Ermənistan Deputat