Zakir Həsənov türk generalla görüşüb
AzVision.az-ın məlumatına görə, Zakir Həsənov Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri çərçivəsində inkişaf etdiyini və bu münasibətlərin bundan sonra da davam edəcəyini vurğulayıb.
Bölgədəki hərbi və siyasi vəziyyətlə bağlı danışan nazir, Ermənistanın bölgədəki sabitliyini təhdid etdiyini qeyd edib . O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının qərarları çərçivəsində həll olunacaq.
Qeyd edək ki, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqun da iştirak edib.
Sevinc İltifatqızı