Metropolitendə təcili toplantı keçirilir

Metropolitendə təcili toplantı keçirilir
  11 Mart 2014    Oxunub:825
Metro keçidlərində yerləşən ticarət mərkəzlərinin bağlanmasına görə yaranan narazılığı aradan qaldırmaq üçün Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov təcili toplantı çağırıb.

Bu barədə AzVision.az-a Metropolitendən bildirilib. Qeyd edilib ki, hazırda rəis və müavinlərinin iştirakı ilə iclas keçirilir. İclasın təfərrüatları haqda məlumat verilməsə də ticarət obyektlərinin sökülməsi məsələsinin müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, metropolitenin yeni rəisi Zaur Hüseynovun tapşırığı ilə yeraltı keçidlərdə fəaliyyət göstərən ticarət obyektlərinin bağlanacağı bildirilir. Artıq bəzi keçidlərdə bu qadağa tətbiq edilməyə başlayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti