Polis 25 nəfəri həbs etdi

Polis 25 nəfəri həbs etdi
  11 Mart 2014    Oxunub:783
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınmış, onların da 32-si “isti izlər”lə açılıb.

DİN-dən verilən məlumata görə, ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti