Deputat metronun yeni rəisini qınadı

Deputat metronun yeni rəisini qınadı
  11 Mart 2014    Oxunub:899
Millət vəkili Fazil Mustafa metrodakı ticarət obyektlərinin bağlanması haqda Metropoliten rəisi Zaur Hüseynovun verdiyi qərarı qınayıb.
AzVision.az-a açıqlamasında deputat Novruz bayramı ərəfəsində bu addımın yalnış olduğunu bildirib:

“Oradan dolanan yüzlərlə ailə var ki, bu, bayramqabağı onların süfrəsinə əl uzatmaq kimi bir şeydir. Ona görə də mütləq onları işlə təmin etmək lazımdır. Kütləvi şəkildə bunun ortadan qaldırılması yanlışdır. Ticarət üçün əlverişli olan onlarla yer var, onlardan birində həmin şəxsləri işlə təmin etmək olar”.

Qeyd edək ki, yeni Metropoliten rəisi Zaur Hüseynovun göstərişi ilə bu gündən etibarən metronun bəzi stansiyalarında ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti